ABŞ məhbəsindən azad edilmiş iranlı alim vətənə daxil olub
İyun 03, 2020 09:14 Asia/Baku
ABŞ məhbəsindən azad edilmiş iranlı alim vətənə daxil olub.
SəhərAzəri xəbər verir, Amerikada həbsdə olan iranlı alim və materialşünaslıq mühəndisliyi üzrə Şərif adına Sənaye Universitetinin müəllimi Sirus Əsgəri bu gün İran ərazisinə daxil olub.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən Sirus Əsgərini gətirən təyyarənin Amerikadan uçduğunu bildirmişdi.
2019-cu ilin noyabrında Ohayo universitetindəki universitet fəaliyyətlərilə bağlı ticarət sirlərini oğurlamaq ittihamından bəraət qazanan materialşünaslıq mühəndisliyi üzrə Şərif adına Sənaye Universitetinin 59 yaşlı müəllimi Sirus Əsgəri, vizasının Amerikanın miqrasiya idarəsi tərəfindən ləğv edilməsinə görə, həbs olunmuşdu.
Teqlər