İyun 04, 2020 15:22 Asia/Baku
  • Ruhani Amerika iqtidarının etirazçılara qarşı cinayətlərini pisləyib

İran İslam Respublikasının prezidenti deyib ki, İran Amerika hökumətinin bu ölkədə irqi ayrı-seçkiliyə etiraz edənləri yatırılmaq üzrə cinayətlərini pisləyir.

SaharAzeri xəbər verir,İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün video formasında keçirilən energetika sahəsi üzrə layihələrin istifadəyə verilməsi mərasimində bildirib ki, bu açılışlar cinayətkar sionist rejimin və Amerikanın düşmənçiliklərinə qətiyyətli cavabdır. O, sonra deyib ki, günəş ilinin sonunadək İranda 18 yeni elektrik stansiyası açılacaq.

Ruhani söyləyib: Amerikadakı xalq aksiyaları göstərir ki, bu ölkə öz tarixinin ən pis dövrlərindən birini yaşayır. O, deyib: Amerika hökumətinin rasizmi bu ölkədəki qaradərililərə qarşı böyük bir zülmdür.

Bu gün, İran İslam Respublikası prezidentinin göstərişi ilə energetika sahəsində bir neçə layihə, o sıradan İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətindəki Oşnəviyyeh su bəndi və İranın cənubunda yerləşən Buşehr bölgəsində yeddi digər layihə istifadəyə verilib.

 

Teqlər