İİR XİN sözçüsü Maykl Uaytın azadlığı haqda şərh verib
https://azeri.sahartv.ir/news/İran-i362735-İİr_xİn_sözçüsü_maykl_uaytın_azadlığı_haqda_şərh_verib
"Şəxsi iddiaçıların maddi və mənəvi razılığını cəlb edən Maykl Uayt özünün digər cinayət halları barədə islami mərhəmətə şamil olub".
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2020 03:05 Asia/Baku
  • İİR XİN sözçüsü Maykl Uaytın azadlığı haqda şərh verib

"Şəxsi iddiaçıların maddi və mənəvi razılığını cəlb edən Maykl Uayt özünün digər cinayət halları barədə islami mərhəmətə şamil olub".

SəhərAzəri xəbər verir, İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Şəxsi iddiaçıların maddi və mənəvi razılığını cəlb edən Maykl Uayt özünün digər cinayət halları barədə islami mərhəmətə şamil olub. O, məhkumluq dövrünün bir hissəsini keçirdiyinə görə və insan haqları mülahizələrini nəzərə alaraq, məhkəmə işi üzrə hakimin hökmü ilə azad edilibdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi dünən gecə Amerika vətəndaşı Maykl Uaytın azad edilməsi xəbərini elan edərək, söyləyib: Uaytın azad edilməsi ilə bir zamanda puç səbəblərə görə, Amerikada həbsdə olan iranlı alim Məcid Taheri məhkəmədən öz azadlıq hökmünü alaraq, zindandan azad edilibdir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də bir tvitt-də Məcid Taherinin Amerika zindanından azad edilməsini təsdiq edib və bildiribdir ki, bu proses bütün məhbuslar üçün baş verə bilər.