ABŞ-ın kəşfiyyat xidmətləri İran universitetlərini hədəfə alıblar
Amerika məhbəsindən azad olmuş iranlı alim Sirus Əskəri iranlı universitet müəllimlərinin həbs olunmalarının təkrarlanmasına toxunub. Deyib ki, ABŞ-ın kəşfiyyat xidmətləri İran universitetlərini hədəfə almağı öz iş gündəmlərində yerləşdiriblər.
SaharAzeri xəbər verir, İranda Şərif adına Sənaye Universitetinin müəllimi, həmçinin kimyəvi maddələr və metallurgiya sahəsi üzrə alim Sirus Əskəri ötən ilin noyabrında Ohayo universitetində öz universitet fəaliyyətlərilə bağlı ticarət sirlərini oğurlamaq ittihamından bəraət qazansa da üç ilə yaxın Amerikada həbsdə saxlanıldıqdan sonra bu il iyunun üçündə İrana geri dönüb.
Əskəri bu gün İranın Məhkəmə Hakimiyyəti sədrinin beynəlxalq məsələlər üzrə müavini və insan haqları qərargahının katibi Əli Baqeri Kəni ilə görüşdə belə qeyd edib: Tədqiqatçıları və onların hüquqlarını beynəlxalq səviyyədə himayə iddiasında olan bəzi cəmiyyətlər heç bir dəlil olmadan Amerikada həbsdə olan İranın universitet müəllimləri ilə bağlı susublar.
Bu universitet müəllimi sonra belə ifşa edib: Amerika Federal Təhqiqat Bürosu heç bir icazə olmadan Gmail və Yahoo kimi xidmətlər vasitəsilə göndərilən bütün email və mesajları əldə edə bilir.
Əskərinin sözlərinə görə, hələ də onunla əlaqə saxlayan amerikalı vəkillər etiraf ediblər ki, Amerikanın məhkəmə sistemi bu iranlı alimin haqqında ədaləti icra etməyibdir.