Amerikanın BMT-dən sui-istifadə etməyə haqqı yoxdur
İranın xarici işlər naziri deyib ki, Amerikanın İranı bədnam etmək üçün BMT-dən və MAQATE-dən sui-istifadə etməyə haqqı yoxdur.
SaharAzeri xəbər verir, Məhəmməd Cavad Zərif bu gün bir tvitter mesajında Amerikanın İrana qarşı sanksiyaları geri qaytarmaq üzrə puç iddiası ilə müxalifət üçün hüquqi əsaslardan biri kimi Beynəlxalq Ədalət Məhkəməsinin 1971-ci il məşvərət nəzərinə işarə edərək, yazıb: Amerika İranla gərginliyi şiddətləndirməyə və zorakılıqla başqalarını öz ardınca getməyə məcbur etməyə çalışıbdır.
Zərif vurğulayıb: İraqda terroru, Yəmən və Fələstində hərbi cinayətlərdə əlbir olmağı,/ dəniz quldurluğunu, nüvə anlaşmasını, 2231 saylı qətnaməni, həmçinin MAQATE-nin qərarlarını pozduğunu etiraf edən Amerikanın İranı bədnam etmək üçün BMT-dən və MAQATE-dən sui-istifadə etməyə haqqı yoxdur.
BMT-nin İrana qarşı silah sanksiyalarının ləğvi vaxtının yaxınlaşması ilə amerikalılar bu sanksiyaların bitməsinin qarşısını almaq üzrə səylərini artırıblar.
İrana qarşı silah sanksiyaları cari il oktyabrın 18-də götürülməlidir.