Hook: İrana qarşı silah embarqosuna son qoymaq böyük bir səhvdir
Dövlət Departamentində İrana qarşı Fəaliyyət Qrupunun rəhbəri İranın silah embarqosunun bitməsindən narazılığını dilə gətirərək deyib: "Silah embarqosuna son qoymzq böyük bir səhvdir"
SaharAzeri xəbər verir ki, Cümə axşamı gecə Sky News Arabic-ə verdiyi müsahibədə Brian Hook əlavə etib: “Silah embarqosunun vaxtında başa çatması böyük bir səhv olardı; Çünki bu embarqonun mövcudluğu Yaxın Şərqdə təhlükəsizlik və sülh üçün vacibdir. Belə ki Konqresdəki həm Demokratlar, həm də Respublikaçılar partiyaları İrana qarşı silah embarqosunun uzadılmasını dəstəkləyir.”
İran əleyhinə fəaliyyət qrupunun rəhbəri əlavə olaraq, ABŞ-ın Təhlükəsizlik Şurasında bir sıra ölkələrə bildiriş paylayıb, İranın təcavüzü adlandırdığı şeyə qarşı bölgə ölkələrindən bəziləri ilə də əməkdaşlıq etdiyini bildirib.
O həmçinin İddia olaraq deyib ki; Çin və Rusiya kimi ölkələr də İranın və onun tabeliyində olan qüvvələrin dəfələrlə hücumuna məruz qalan Yaxın Şərqdəki ölkələrin səsini duyması vacıbdır.
Trump administrasiyasının rəsmisi həmçinin deyib: “İranın nüvə silahı əldə etməməsi vacibdir Və prezident Donald Trump vurğulayıb ki, onun hakimiyyətdə olduğu günə qədər Tehran heç vaxt buna nail olmayacaq.”
İrana qarşı fəaliyyət qrupunun rəhbəri sonda iddia edib ki, Dünya ölkələrinin yarısı uranı zənginləşdirmir və beləliklə İran nüvə silahı istəmirsə uranın zənginləşdirilməsinə də ehtiyacı yoxdur.