"Siz tezliklə İran xalqının qarşısında diz çökəcəksiniz"
https://azeri.sahartv.ir/news/İran-i363068-siz_tezliklə_İran_xalqının_qarşısında_diz_çökəcəksiniz
İran Xarici İşlər Nazirliyinin sözçüsü İrana qarşı sanksiyaların uzadılmasını vacib adlandıran Brayan Huka xitabən deyib: “Gördünüz ki,İran xalqının boynu deyil, sizin dizləriniz qırıldı, yaxında bu millətin qarşısında diz çökəcəksniz.”
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2020 13:40 Asia/Baku

İran Xarici İşlər Nazirliyinin sözçüsü İrana qarşı sanksiyaların uzadılmasını vacib adlandıran Brayan Huka xitabən deyib: “Gördünüz ki,İran xalqının boynu deyil, sizin dizləriniz qırıldı, yaxında bu millətin qarşısında diz çökəcəksniz.”

SaharAzeri xəbər verir, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Seyid Abbas Musavi ABŞ-ın İran məsələləri ilə bağlı məsul şəxsi olan Brayan Huk-un İran xalqına qarşı tətbiq olunan sanksiyaların nəticələrindən məmnun olduğunu bildirməsinə reaksiya verib.

Musəvi bir tvitdə yazıb: Siyasəti "boynuna təzyiq" üzərində qurulmuş bir hökumət - həm öz xalqı, həm də dünya xalqlarına qarşı - İqtisadi terrorizmdən və adi insanlara edilən təzyiqlərdən məmnun də olmalıdır. Ancaq gördünüz ki, İran millətinin boynu deyil, sizin diziniz qırılıb. Tezliklə İran millətinin qarşısında diz çökəcəksən."

Cümə axşamı günü ABŞ Dövlət Departamentində İrana qarşı Fəaliyyət Qrupunun rəhbəri İranın silah embarqosunun bitməsindən narazılığını dilə gətirərək deyib: "Silah embarqosuna son qoymzq böyük bir səhvdir"