Musəvi: "Antonio Quterreşin iddiası ABŞ-ın fitnələrini dəstəkləyir"
https://azeri.sahartv.ir/news/İran-i363222-musəvi_antonio_quterreşin_iddiası_abŞ_ın_fitnələrini_dəstəkləyir
İran XİN mətbuat katibi Seyid Abbas Musəvi BMT-nin baş katibi Antonio Quterreşin Səudiyyə Ərəbistanının Aramko neft təsisatlarına İran mənşəli raketlərlə hücum edilməsinə dair hesabatını ABŞ-ın siyasətləri və yeni fitnəsilə tam üst-üstə düşdüyünü deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2020 09:28 Asia/Baku
  • Musəvi:

İran XİN mətbuat katibi Seyid Abbas Musəvi BMT-nin baş katibi Antonio Quterreşin Səudiyyə Ərəbistanının Aramko neft təsisatlarına İran mənşəli raketlərlə hücum edilməsinə dair hesabatını ABŞ-ın siyasətləri və yeni fitnəsilə tam üst-üstə düşdüyünü deyib.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının XİN mətnuat katibi Seyid Abbas Musəvi keçirdiyi mətbuat konfransında raketlərin İran mənşəli olmasına dair heç bir faktın olmadığını deyib.

"BMT-nin baş katibi bəzi ölkələr tərəfindən təzyiqə məruz qalır və elə bir hesabat yayır ki, heç bir sübutu və əsası yoxdur",- deyə S.A.Musəvi əlavə edib.

ABŞ-ın öz hədəflərinə nail olmaq üçün BMT və digər beynəlxalq qurumları girov götürdüuyünü deyən Seyid Abba Musəvi, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv ölkələrə bu sahədə həqiqətləri görməyi və etibarlı sənədlərə və İranla Agentlik arasında olan yaxşı əməkdaşlıqlara istinad edərək, ABŞ və sionist rejimin iddialarına uymamağı tövsiyə edib.

İran XİN mətbuat katibi, həmçinin ABŞ-ın İranın işini BMT baş katibinin hesabatına istinadən, təhlükəsizlik Şurasına aparmaq cəhdi ilə balı isə deyib: "ABŞ-ın bu haqdakı iddiaları qeyri-qanuni və yolverilməzdir və BMT-yə üzv olan bütün ölkələr də bunudan xəbərdardırlar". 

Rəsminin sözlərinə görə, Çin Və Rusiya ABŞ-ın iddialarını Əhatəli Müştərək Təşəbbüs Proqramına və 2231 saylı qətnaməyə zidd hesab edirlər.

"İrana qarşı silah embarqosunun müddətinin uzadılması ABŞ-ın keçmək istədiyi qırmızı xətt və təlükəli bir bidətdir. Lakin ABŞ-ın cəhdləri mütləq nəticəsizdir və onun təzyiqlərinin faydası olmayacaq",- deyə S.A Musəvi qeyd edib.

İran XİN mətbuat katibi, həmçinin ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinə qarşı tətbiq etdiyi sanksiyalara toxunub və ABŞ-ın Beynəlxalq anarxizm və dünyanın ictimai asayişini pozmaq ardınca olduğunu söyləyib.