İran və Türkiyə sərhəd anlaşmaları prosesinin davamını vurğulayıblar
İranın hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunları komandanı və Türkiyə jandarmeriyasının baş komandanı sərhəd həmkarlıqları və anlaşmalarının davamını vurğulayıblar.
SəhərAzəri xəbər verir, İranın hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunları komandanı briqada generalı pasdar Əhməd Əli Qudərzi bu gün Türkiyə jandarmeriyasının baş komandanı ordu generalı Arif Çetinlə telefon söhbətində deyib ki, sərhəd həmkarlıqları və anlaşmaları səviyyəsinin yüksəldilməsi böyük İran və Türkiyə xalqlarının asayişi və təhlükəsizliyinin artmasında böyük rol oynayır və bu gedişin davam etməsi iki ölkə sərhədlərində təhlükəsizliyin yüksəlməsinə səbəb olacaqdır.
General Qudərzi həmçinin Türkiyənin Bingöl vilayətində zəlzələdə zərər çəkənlərə yardım zamanı Türkiyə sərhədçilərindən birinin həyatını itirməsi münasibətilə başsağlığı verib. O, iki ölkə sərhədçiləri arasında sərhəd görüş və iclaslarının davam etdirilməsini istəyib.
Türkiyə jandarmeriyasının baş komandanı da general Qudərzini İranın hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunları komandanı təyin edilməsi münasibətilə təbrik edib. Ümidvarlıq edib ki, iki ölkə rəsmiləri və təşkilatlarının həmkarlığı və anlaşması ilə iki tərəfin dostluğu və qardaşlığı daha da dərinləşəcək.
General Çetin həmçinin müştərək sərhədlərin təhlükəsizliyinin yüksəldilməsi üçün qarşılıqlı həmkarlığın zərurətini vurğulayıb.
Briqada generalı pasdar Əhməd Əli Qudərzi iyunun 6-da İranın hüquq-mühafizə qüvvələrinin sərhəd qoşunları komandanı təyin edilib.
İran və Türkiyə 500 kilometrlik sərhədə malikdirlər.