İran MAQATE-nin tamahkarlıqları qarşısında dayanacaq
İran İslam Şurası Məclisinin sədri deyib ki, İran İslam Respublikası Atom Enejisi üzrə Beynəlxalq Agentliyin tamahkarlıqları qarşısında dayanacaq.
SəhərAzəri xəbər verir, Mohəmməd Baqer Qalibaf bu gün məclisin plenar iclasında Atom Enejisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının anti-İran qətnaməsinə işarə ilə bildirib ki, İran heç vaxt onlara məhdudiyyət olmadan istədiklərini eləmək və düşmən rejimlərin casusluq halqalarını təkmilləşdirmək icazəsi verməyəcəkdir.
Atom Enejisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurası iyunun 19-da Rusiya və Çin kimi bəzi ölkələrin müxalifətlərinə rəğmən, İngiltərə, Fransa və Almaniyadan ibarət Avropa üçlüyünün anti-İran qətnaməsinin lehinə səs verdi.
Qalibaf həmçinin İranın öz nüvə anlaşması öhdəliklərini azaltma siyasətinə işarə ilə qeyd edib ki, İran bu addımla yanaşı, öz öhdəlikləri çərçivəsində Atom Enejisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığını davam etdirir.