İyul 07, 2020 18:34 Asia/Baku
  • İranda 207 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 207 min nəfərdən çox COVID-19 xəstəsinin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 637 yeni  koronavirus xəstəsi aşkar edilib. 1455 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirus xəstələrinin ümumi sayı 245 min 688 nəfər olub. O, həmçinin ötən sutka ərzində 200 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on bir min 931 nəfərə çatıbdır.

 

Teqlər