Serbrinetsa soyqırımı Avropanın uğursuzluğuna görə idi
İran xarici işlər naziri deyib: Serbrenitsa soyqırımı elə bir halda başladı ki, Avropa özünün əsas vəzifələrini yerinə yetirməkdə nakam idi.
SəhərAzeri xəbər verir, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən öz şəxsi tvitter səhifəsində 25 il bundan öncə baş vermiş Serbrenitsa qırğınına toxunub. Bildirib ki, Avropa 25 il keçəndən sonra oxşar acizliklə çarpışır.
Zərif vurğulayıb: BMT-nin o zaman hər hansı tədbirdən çəkinməsi bu gün üçün bir dərs olmalıdır.
Əhalisinin əksər hissəsini müsəlmanların təşkil etdikləri BMT-nin holland əsgərlərinin mühafizəsi altında olan Serbrenitsa şəhəri 1995-ci il iyulun on birində general Ratko Mladiçin komandanlığı altında olan serb qüvvələri tərəfindən və BMT qüvvələrinin müqaviməti olmadan ələ keçirildi. Onun ardınca bu şəhərdə səkkiz min nəfərdən çox insan qətli-am edildi və hələ də onlardan bəzilərinin cəsədləri itkindir.