İyul 20, 2020 20:57 Asia/Baku
  • Forbes: “ İran-Çin əməkdaşlığı ABŞ-ın dünyadakı imicinə ciddi zərbədir ”

Forbes xəbər portalı İranla Çin arasında imzalanmış müqaviləni ABŞ-ın Qərbi Asiyadakı mövqeyinə ciddi zərbə və Amerikanın dünya quruluşundan daha bir geriləməsi kimi xarakterizə edib.

SəhərAzəri xəbər verir, Forbes xəbər portalı bir reportajda İranla Çin arsında 25 illik əməkdaşlıq müqaviləsinə işarə edərək yazıb: "Tehran və Pekin bu yaxınlarda siyasi və iqtisadi əlaqələrini genişləndirmək məqsədilə 25 illik bir müqavilənin imzalanmasına dair planlarından xəbər veriblər. Bu müqavilənin detalları hələ açıqlanmasa da, aydındır ki, bu İranın şərqə doğru uzun bir addımıdır".

Məlumatda deyilir: Belə bir müqavilə ABŞ-ın Qərbi Asiyadakı mövqeyini daha da zəiflədəcək. İranla 5+1 arasında imzalanmış nüvə anlaşmasından çıxmış və Ümumdünya Səhiyyə Təşkilatını tərk etmiş Vaşinqtonun beynəlxalq quruluşdan geri çəkilməsində növbəti addımdır".

Forbes xəbər portalı davamında yazır: "İkinci Dünya Müharibəsindən sonra bu ilk dəfədir ki, dünya səviyyəsində ABŞ-ın liderlik rolu azalır.  Son illər beynəlxalq aləmdə bir neçə proses ABŞ-ın zərərinə və Çinin xeyrinə dəyişibdir". 

Son illər ABŞ-ın xarici siyasəti Çin məhsullarına gömrük tariflərinin tətbiq edilməsi və ABŞ və müttəfiqlərinin Çin ilə ticarət müharibəsi ilə başlayıb. Vaşinqton Paris İqlim Sazişindən və İranla nüvə anlaşmasından da çıxıb, Trans-Sakit Okean layihəsindən geri çəkilib, həmçinin Şimali Atlantik Alyansı NATO-dan uzaqlaşıb və NAFTA müahidəsini də rədd etdi.

Teqlər