İyul 21, 2020 10:02 Asia/Baku
  • İranın sülhməramlı nüvə fəaliyyətləri Fordo da davam etdirilir

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik komissiyasının mətbuat katibi Fordo nüvə təsisatında 4,5 faiz səviyyəsinədək uranın zəngiləşdirilməsi 1044 setrifuqa vasitəsilə həyata keçirilməsindən xəbər verib.

SəhərAzəri xəbər verir,  İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik komissiyasının mətbuat katibi Əbulfəzl Əmuyi dünən bir neçə deputatın İranın mərkəzində yerləşən Nətənz və Tehranın cənubundakı Fordo nüvə təsisatlarından baxış keçirməsinə toxunub. Əbulfəzl Əmuyi qeyd edib ki, İranın nüvə alimlərinin səyləri ilə "İR 6", "İR 8", "İR 9" tipli yeni nəsl sentrifuqaların araşdırılması və genişləndirilməsi prosesi davam etdirilir".

Ə.Əmuyi, həmçinin Nətənz qəzasına işarə edərək, əlavə edib: "Nətənz nüvə saytında uranın saflaşdırılması işləri keçmişdə olduğu kimi davam etdirilir və bu qəza saytın fəaliyyətlərinə heç bir xələl gətirməyib".

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının mətbuat katibi deputatların görüş zamanı ölkənin nüvə nailiyyətlərinin qorunması və inkişaf etdirilməsi məqsədilə İran İslam Respublikasının Nüvə Enerjisi Təşkilatı ilə əməkdaşlıq etməyə hazır olduqlarını bəyan etdiklərini açıqlayıb.

Qeyd edək ki, iyulun 2-də İranın mərkəzində yerləşən Nətənz nüvə saytının uranın zənginləşdirilməsi komplekslərinin birində qəza baş verib.

 

Teqlər