İyul 22, 2020 13:21 Asia/Baku
  • İranda koronavirusun müalicəsində təsirli olan dərman istehsal olunub

Koronavirusun müalicəsinə kömək istiqamətində bu xəstəliyin idarə olunması üzrə milli qərargah tərəfindən təsdiqini tapmış İrana məxsus «Remdesivir» adlı yeni dərman ölkə boyu paylanma mərkəzlərinə göndərilməyə hazırdır.

SəhərAzəri xəbər veriri, İranda Ronak əczaçılıq şirkətinin sərəncamçı müdiri Səid Məleki bu gün deyib ki, bu startap şirkət koronavirus pandemiyasına və istehsal sıçrayışı ilinə görə, həmçinin İslam İnqilabının Böyük Rəhbərinin təkidlərinin ardınca koronavirus xəstələrinin müalicəsində təsirli dərmanlardan olan Remdisivir dərmanını istehsal mərhələsinə çıxarmağa müvəffəq olub.

Məleki sonra deyib: Bu əczaçılıq şirkəti hal-hazırda həmin dərmandan ayda minimum yüz min viyal istehsal etmək gücünə malikdir. Qeyd edək ki, vyal, kiçik saxlama şüşəsi deməkdir.

Əlbəttə, ölkənin ehtiyacı da bu miqdardan artıq deyildir və ehtiyac olan halda, bu dərmandan daha çox miqdarda istehsal etmək olar.

Bununla bağlı, İranın səhiyyə nazirinin müavini Rza Məlikzadə deyib: İran hazırda koronavirus xəstəliyinin müalicəsilə bağlı araşdırmada qabaqcıl ölkələrdəndir və bu xəstəliklə bağlı araşdırmaların on faizi İranda həyata keçirilibdir.

Teqlər