İranda təqribən 245 min COVID-19 xəstəsi sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 2 min nəfərdən çox yeni koronavirus xəstəsinin aşkar edilməsi və təqribən 245 min nəfər xəstənin sağalmasından xəbər verib.
SəhərAzəri xəbər veriri, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 586 yeni koronavirus xəstəsi aşkar edilib . 1934 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.
Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 281 min 413 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 219 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on dörd min 853 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 244 min 840 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
Dünyada koronavirusa yoluxanların sayı da azı on beş milyon 120 min nəfərə çatıb. Onlardan təqribən 620 min nəfər həyatını itirib, 9 milyon 135 min nəfər də sağalıb və xəstəxanalardan buraxılıbdır.