Zərif: "ABŞ artıq üsyankar dövlətə çevrilib
İranın xarici işlər naziri rus mətbuatına müsahibəsində, deyib: "ABŞ üsyankar və qanun pozan bir dövlətə çevrilib".
SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif Sputnik-ə müsahibəsində, dünya ictimaiyyətinin ABŞ-ın dünyanın bank sisteminə hakimiyyətinin rəsmən tanınmasının yaxud onun dəyişdirilməli olduğunun vacibliyi haqqında düşündüyünə toxunaraq, deyib: "Bu istiqamətdə bir sıra addımlar atılır".
İranın xarici işlər naziri, İran İslam Respublikası Səudiyyə Ərəbistanı ilə münasibətləri bərpa etmək üçün hansı addımları atıb? sualının cavabında deyib: "Rəsmi Tehran Ərəbistanla əməkdaşlıq etməyə hazırdır".
Zərif sonra deyib: "Səudiyyə Ərəbistan rəsmilərinin məqsədi daha çox ABŞ və onun müttəfiqlərinin dəstəyilə müharibə yaratmaqdır". O, əlavə edib: "Yaxşı olar ki, səudlar bütün səylərini sionist rejim və ABŞ-la əməkdaşlığa yönəltməkdənsə, ayılıb regionda həmişə onların kənarında olanlarla danışığa başlasınlar".
İran İslam Respublikasının xarici işlər naziri ABŞ-ın İrana qarşı silah embarqosunun uzadılmasına dair səyləri haqda suala gəlincə isə deyib: "ABŞ Əhatəli Müştərək Təşəbbüs Proqramı haqqında danışmaq iqtidarında deyil".
, BMT TŞ-nın qətnaməsinə əsasən oktyabr ayında İrana qarşı silah embarqosunun müddəti sona çatacaq, Lakin ABŞ nüvə anlaşmasından rəsmən çıxmasına baxmayaraq, bir layihə irəli sürərək, hələ də onun icra prosesinə təsir etmək niyyətindədir.
Rusiya və çin dəfələrlə İrana qarşı silah embarqosunun müddətinin uzadılmasına qarşı olduqlarını vurğulayıblar