Müqavimət qruplarının ABŞ-ın hava quldurluğuna reaksiyaları
Fələstin müqavimət qrupları iki amerikan qırıcının İranın sərnişin təyyarəsinə qarşı təcavüzünü pisləyiblər.
SəhərAzəri xəbər veriri, Fələstin İslami Cihad Hərəkatı bir bəyanatda bildirib ki, bu terror hadisəsi Amerikanın düşmənçilik niyyəti və bu ölkənin region təhlükəsizliyini xətərə salmaqdakı rolundan söz açır.
Fələstin İslami Cihad Hərəkatı vurğulayıb ki, İranın Amerikanın bu terror cəhdinə cavab üzrə qərarlar qəbul etmək və tədbirlər görmək haqqı öz qüvvəsində qalır.
Fələstin İslami Müqavimət Hərəkatı- Həmas da bir bəyanatda amerikan qırıcıların İranın sərnişin təyyarəsi üçün problem yaratmaları və onun sərnişinlərinin həyatını təhlükəyə salmalarını pisləyib.
Həmas Amerikanın bu hərəkətinin özbaşınalıq xislətindən irəli gəldiyini bildirib və onu beynəlxalq terrorizmin simvolu adlandırıbdır.
Həmas Amerikanın təcavüzünü sionist rejimin regiondakı planına xidmət və xalqların maraqlarına zərər vurmaq istiqamətində dəyərləndirərək, bu plan ilə mübarizə üçün bütün imkanlardan istifadəyə təkid edibdir.