İyul 30, 2020 13:32 Asia/Baku
  • İranla Gürcüstanın arasında iqtisadi əlaqələr genişləndirir

İranın Tblisidəki səfiri İranla Gürcüstan arasındakı iqtisadi əlaqələrin dərinləşməsinə çağırıb

SəhərAzəri xəbər verir, İranın Tblisidəki səfiri Seyid Cavad Qəvam Şəhidi dünən Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Tornava ilə görüşdə iki ölkənin əməkdaşlıq potensialarına işarə edərək, koronavirusdan əvvəlki inkişafda olan ikitərəfli münasibətləri bərpa etmək və səhiyyə protokollarına əsasən, iqtisadi əməkdaşlıqların dərinləşdirilməsinə səy göstərməyin vacibliyini vurğulayıb.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri də İranla iqtisadi əməkdaşlıqların inkişafını dəstəkləyərək, koronavirusu iki ölkə arasındakı ticarət əlaqələrinin azaldılmasında ən vacib amillərdən biri adlandırıb.

"Koronavirusun yayılmasının azalması ilə İranla iqtisadi əlaqələr və ticarət mübadilələrinin genişləndirilməsi Gürcüstan rəsmilərinin əsas istəyi olaraq, gündəmə gətiriləcək", -deyə o, əlavə edib.

Teqlər