İran Livanla əməkdaşlıqların genişləndirilməsinə tam hazırdır
İyul 30, 2020 21:45 Asia/Baku
İranın Livandakı səfiri deyib: "İran İslam Respublikası Livan ilə müxtəlif sahələr üzrə əməkdaşlıqları genişləndirməyə tam hazırdır".
SəhərAzəri xəbər verir, İranın Livandakı səfiri Məhəmməd Cəlal Firuzniya bu gün bu ölkənin baş naziri Həssan Diab ilə keçirdiyi görüşdə İranın həmişə Livan xalqı və hökumətinin yanında olduğunu bəyan edərək, deyib: "İran İslam Respublikası həmişə Livan xalqı və hokumətini sionist rejimin işğalçılığı və təhdidləri qarşısında dəstəkləyib".
Livanın baş naziri də İran İslam Respublikasının sərgilədiyi mövqelərindən məmnunluq ifadə edərək, deyib: "İranla əlaqələrin genişləndirilməsi Livan hökumətinin iş qrafikinin gündəmindədir".