İranda 263 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən iki min nəfər yeni koronavirus xəstəsinin aşkar edilməsi və 263 min nəfərdən çox xəstənin sağalmasından xəbər verib.
SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 674 yeni koronavirus xəstəsi aşkar edilib . 1523 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.
Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 304 min 204 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 197 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on altı min 766 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək 263 min 519 xəstə sağalıb və xəstəxanalardan buraxılıbdır.
Dünyada koronavirusa yoluxanların sayı da on yeddi milyon 499 min nəfəri ötüb keçibdir. Onlardan azı 677 min nəfər həyatını itirib, azı on milyon 956 min nəfər də sağalıb və xəstəxanalardan buraxılıbdır.