General-mayor: ABŞ Fars Körfəzi məntəqəsindən getməlidir
General-mayor Şekarçi: Fars Körfəzi məntəqəsinin ABŞ-a heç bir dəxli yoxdur
Fars Körfəzi məntəqəsinin ABŞ-a heç bir dəxli yoxdur və ABŞ silahlı qüvvələri ən qısa zamanda bu məntəqəni tərk etməlidirlər.
SəhərAzəri İranpress-ə istinadla bildirir ki, bu sözləri İran İslam Respublikası Silahlı Qüvvələrinin sözçüsü general-mayor Əbülfəzl Şekarçi söyləyib.
General-mayor Şekarçi ABŞ Dəniz Qoşunları sözçüsünün sözlərinə reaksiya olaraq, bunu ABŞ-ın destruktiv və təxribatçı rəftarlarının davamı adlandırıb.
ABŞ Dəniz Qoşunları sözçüsü İranın Fars Körfəzindəki hərbi təlimlərini məsuliyyətsiz addım adlandırmışdı.
İran Silahlı Qüvvələrinin sözçüsü daha sonra İranın Fars Körfəzində hərbi təlimlərini davam etdirəcəyini vurğulayıb.
Hərbi təlimlərin keçirilməsinin bir çox hədəf və məqsədləri olduğunu qeyd edən general-mayor Şekarçi İranın öz hərbi-müdafiə qüdrətini artırmaqda əzmkar olduğunu söyləyib.
General-mayor Şekarçi daha sonra İranın hərbi təlimlərinin dost və qonşu ölkələr üçün heç bir təhdid olmadığına diqqət çəkib.
"Böyük Peyğəmbər(s.ə.s) 14" hərbi təlimlərinin son etapı İran silahlı qüvvələri, Dəniz qoşunları və İslam İnqilabı Keşikçiləri Korpusunun Aviasiya-Kosmonavtika qüvvələrinin birgə iştirakı ilə Fars Körfəzi və Hörmöz boğazı sularında keçirilib.