İran Müdafiə Nazirliyinin texnologiyaları ölkə sənayesinə dayaqdır
İran Müdafiə Nazirliyinin texnologiyaları ölkə sənayesinə dayaqdır
İran Müdafiə Nazirliyinin texnologiyaları ölkə sənayesinin xidmətindədir
SəhərAzəri - nin məlumatına görə bu sözləri İranın müdafiə naziri deyib.
İran İslam Respublikasının müdafiə naziri deyib: Müdafiə Nazirliyinin müdafiə texnologiyaları tamamilə yerli avtomobil istehsalçıları, hava, dəniz və dəmiryolu nəqliyyatı sektorları, həmçinin informasiya texnologiyaları, rabitə sektoru, eləcə də ölkənin digər sektorlarının xidmətindədir.
İran İslam Şurası Məclisinin sənaye və mədən komissiyasının iclasında çıxış edənİranın müdafiə naziri general-mayor Əmir Hatəmi region və dünya səviyyəsində İranın müdafiə qüdrətinin yerini şərh və bəyan edərək, deyib: Dünya imperializminin qəddarcasına sanksiyalarına rəğmən, İran İslam Respublikası ölkənin müdafiə bünövrəsinin gücləndirilməsi sahəsində təqdirəlayiq irəliləyişlərə nail olubdur.
«Kosər» tipli modern reaktiv təlim təyyarələrinin düzəldilməsi və istehsalına toxunan general Hatəmi söyləyib: İranın Müdafiə Nazirliyi «Biz bacararıq!» strategiyası ilə, həmçinin daxili və yerli imkanlara əsasən, bütün raket, hava hücumundan müdafiə, elektron, dəniz, hava və quru döyüşləri sahələrində silahlı qüvvələrin real ehtiyaclarını təmin edə bilibdir.