Avq 03, 2020 13:38 Asia/Baku
  • Zərif rus rəsmi ilə görüşünü konstruktiv adlandııb

İran xarici işlər naziri Rusiya Dumasının xarici əlaqələr komitəsinin sədri Leonid Slutski ilə görüşünü son dərəcə konstruktiv adlandııb.

SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif dünən gecə tvitter-də bu barədə məlumat paylaşıb.

Məhəmməd Cavad Zərif tvitter-də bildirib ki, Rusiya Dumasının xarici əlaqələr komitəsinin sədri Leonid Slutski ilə Tehranda keçirdiyi görüş olduqca konstruktiv olubdur. O, qeyd edib ki, bu görüş, onun iki həftə bundan öncə Moskvada Rusiya rəsmiləri ilə apardığı mühüm danışıqların izlənilməsi istiqamətində keçirilibdir.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü Tehranda Rusiya Dumasının xarici əlaqələr komitəsinin sədri Leonid Slutski ilə görüşdə İran-Rusiya uzunmüddətli əməkdaşlıqlarının strateji münasibətlər səviyyəsinə qaldırılması və yenilənməsini vurğuladı.

Slutski də koronavirus pandemiyası şəraitində Tehrana səfər məqsədinin iki ölkə arasındakı mühüm mövzulardan, həmçinin əlaqələr səviyyəsindən qaynaqlandığını bildiribdir.

Teqlər