Avq 04, 2020 18:58 Asia/Baku
  • İran ABŞ-ın bir Suriya kürd qrupu ilə neft razılaşmasını qınadı

ABŞ-ın bir Suriya kürd qrupu ilə neft sazişi imzalaması beynəlxalq hüquq normalarının pozulması deməkdir.


SəhərAzəri ISNA-ya istinadla xəbər verir,  İran Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın bir Suriya kürd qrupu ilə neft sazişi imzalamasını beynəlxalq hüquq normalarının pozulması və Suriyanın milli suverenliyi və ərazi bütövlüyü prinsipinin pozulması kimi qiymətləndirərək kəskin pisləyib.
Xarici İşlər Nazirliyinin sözçüsü əlavə olaraq deyib: “Bu müqavilənin ABŞ tərəfindən Suriya torpaqlarında qanunsuz işğalçı bir qüvvə olaraq imzalamasının heç bir hüquqi əsası yoxdur və ABŞ-ın Suriyanın təbii sərvətlərini talan etmək üçün atdığı növbəti addımıdır.

Teqlər