Avq 07, 2020 13:38 Asia/Baku
  • Xirosimaya nüvə hücumu Amerikanın imperialist ordusunun xislətinin nişanəsidir

İslam İnqilabının Böyük Rəhbəri Xirosimaya qarşı nüvə hücumu zamanı yüz min nəfərin öldürülməsini Amerikanın imperialist, dinsiz və əxlaqı olmayan ordusunun xislətinin nişanəsi adlandırıblar.

SəhərAzəri xəbər verir, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei Amerikanın Xirosimaya qarşı nüvə hücumunun ildönümü günü münasibətilə verdikləri və KHAMENEI.IR informasiya saytının tvitter hesabında yayılan müraciətlərində sonra belə vurğulayıblar: Amerika 1945-ci ilin avqust ayında bir atom bombası ilə Xirosima şəhərində dərhal və ani surətdə yüz min nəfəri öldürdü və bu, Amerikanın imperialist, dinsiz, kafir və əxlaqı olmayan ordusunun xislətidir.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Əgər bir kəs imperialist qüdrətlərin ordularının cinayətləri haqda danışmaq istəsə, bir neçə kitab yazmaq olar və yazılmalıdır da.

1945-ci il avqustun altısında Amerika ordusunun «B-29» tipli bir ədəd qırıcı-bombardmançı təyyarəsi həmin ölkənin ozamankı prezidenti Harri Trumenin əmri ilə Yaponiyanın Xirosima şəhərinin üzərinə bir atom bombası saldı.

Üç gün sonra da Amerika özünün ikinci atom bombasını Yaponiyanın Naqasaki şəhəri əhalisinin üzərinə atdı. Bu iki atom bombardmanı zamanı təqribən 220 min nəfər həyatını itirdi.

Xirosima və Naqasakiyə qarşı nüvə bombardmanları dünyada atom silahından yeganə istifadə halıdır.

Amerika heç vaxt bu bombalardan istifadə etdiyinə görə, üzr istəməyibdir.

Teqlər