Avq 08, 2020 21:34 Asia/Baku
  • Qəribabadi: AEBA Ərəbistanın məxfi nüvə proqramına aydınlıq gətirsin

Səudiyyə Ərəbistanı tərəfindən "sarı tort" istehsalı mərkəzinin yaradılmasına dair xəbərlərin yayılmasının ardınca İranın Atom Enerjisi üzrə Beynəlxalq Təşkilatdakı nümayəndəsi bu ölkənin məxfi nüvə proqramına aydınlıq gətirilməsini istədi.

Sahar Azari bildirir ki, Səudiyyə Ərəbistanı tərəfindən "sarı tort" istehsalı mərkəzinin təsis edilməsinə dair xəbərlərin yayılmasının ardınca İranın beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi Kazım Qəribabadi AEBA-dan Ərəbistanın məxfi nüvə proqramı barədə araşdırma aparmasını istəyib. 

Qəribabadi Ərəbistanın şəffaf olmayan bir nüvə fəaliyyətinə malik olduğunu deyərək, əlavə edib: Ərəbistan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvü olmasına baxmayaraq, agentliyin müşahidəçilərinə öz nüvə mərkəzlərinə baxış keçrimək icazəsi vermir. 

İranın AEBA-dakı nümayəndəsi Ərəbistanın heç bir təhqiqat və ya enerji reaktoruna malik olmadığı bir şəraitdə "sarı tort" istehsalı mərkəzi yaratmasına işarə edərək, deyib: Bu ölkənin şəffaf olmayan nüvə fəaliyyətlərini, öz nüvə mərkəzlərinin qapılarını agentliyin müfəttişlərinin üzünə açmaması və regiondakı destruktiv rolu Ər-Riyadın məxfi nüvə silahı proqramına malik olmasına dair şübhələri gücləndirir. 

Qəribabadi əlavə edib: Dövlətlər və AEBA Ərəbistanı başa salmalıdırlar ki, beynəlxalq ictimaiyyət nüvə fəaliyyəti sahəsində dinc məqsədlərdən yayınmanı qəbul etmir. Və əgər Ərəbistan hərbi nüvə proqramı ardınca deyilsə, öz nüvə fəaliyyətlərinə aydınlıq gətirməlidir. 

 

Teqlər