Avq 11, 2020 13:03 Asia/Baku
  • İran Brayan Huku beynəlxalq axtarışa verir

İranın Məhkəmə Hakimiyyətinin beynəlxalq məsələlər üzrə köməkçisi Brayan Hukun ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsindən kənarlaşdırılmasını onun İranın milli maraqlarına qarşı düşmənçilik hərəkətlərinə görə axtarışa verilməsi üçün uyğun bir fürsət kimi dəyərləndirib.

SəhərAzəri xəbər verir, Bu yaxınlarda ABŞ-ın İran məsələləri üzrə xüsusi nümayəndəsi Brayan Huk vəzifəsindən istefa verib.

İranın Məhkəmə Hakimiyyətinin beynəlxalq məsələlər üzrə köməkçisi Əli Baqiri Məhkəmə hakimiyyətinin Ali Şurasının iclasında Brayan Hukun axtarışa verilməsi üçün sənəd və faktların toplanılması əməliyyatına başlandığını bəyan edərək, vurğulayıb: "Brayan Huk işsizliyindən narahat olmamalıdır, çünki onun İran İslam Respublikası Məhkəmə Hakimiyyəti ilə işi yeni başlayıbdır". 

ABŞ-ın Venesuela məsələləri üzrə hazırkı nümayəndəsi Elliot Abrams keçid dövründə Brayan hukun vəzifələrini də icra edəcək.

İran İslam Respublikasının Venesueladakı səfiri Höccətullah Sultanı öz Tvitter səhifəsində yazıb: "Uğursuz bir məmur olaraq, Abramsın İrana qarşı maksimum təzyiq və qeyri-mümkün bir missiya üçün təyin edilməsi ABŞ hökumətinin xarici siyasətlə bağlı çaşqınlığını göstərir". 

Teqlər