Avq 20, 2020 08:40 Asia/Baku
  • Çoxvektorluluğun gücləndirilməsi vacibdir

İran İslam Şurası Məclisinin sədri çoxvektorluluğun gücləndirilməsini və məsuliyyətli öhdəliyi dünya ictimaiyyətinin koronavirus pandemiyasının vurduğu ziyanların bərpası üzrə zərurəti adlandırıb.

SəhərAzəri xəbər verir, Mohəmmədbaqed Qalibaf avqustun 19-u və 20-də videformatda keçirilən dünya ölkələrinin parlament sədrlərinin beşinci konfransında deyib: Dünya parlamentləri, xüsusən qanunsuz hərəkətlər nəticəsində birtərəfli sanksiyalarla üzləşən ölkələr qarşısında yeni maliyyə mexanizmilərini işə salmalıdırlar.

BMT-nin və Parlamentlərarası Birliyin həmkarlığı ilə beş ildən bir keçirilən dünya ölkələrinin parlament sədrlərinin konfransı bu il Avstriyanın ev sahibliyi ilə videoformatda keçirilməkdədir.

130 ölkənin iştirakı ilə keçirilən bu konfransda qaldırılan məsələlər ümumiyyətlə BMT, həmçinin stabil inkişaf, iqlim dəyişikliyi, koronavirus pandemiyası, miqrantların problemləri, qadınların bacarıqlarının və gənclərin siyasət aləmindəki iştiraklarının artırılması ilə bağlıdır və onun nəticələri sonda BMT-nin fəaliyyətinə kömək edəcəkdir.

Teqlər