İran səfiri Tehran-Bakı əlaqələrinin genişləndirilməsini vurğulayıb
https://azeri.sahartv.ir/news/İran-i366325-İran_səfiri_tehran_bakı_əlaqələrinin_genişləndirilməsini_vurğulayıb
İranın Azərbaycan Respublikasındakı yeni səfiri iki ölkənin siyasi-iqtisadi əlaqə və əməkdaşlıqlarının genişləndirilməsini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 22, 2020 10:45 Asia/Baku
  • İran səfiri Tehran-Bakı əlaqələrinin genişləndirilməsini vurğulayıb

İranın Azərbaycan Respublikasındakı yeni səfiri iki ölkənin siyasi-iqtisadi əlaqə və əməkdaşlıqlarının genişləndirilməsini vurğulayıb.

Səhər Azəri bildirir ki, Seyid Abbas Musəvi İranın Azərbaycan Respublikasındakı yeni səfiri kimi öz missiyasına başlamaq üçün dünən axşam Bakıya daxil olarkən deyib: İki ölkə dərin bağlara və ortaqlıqlara malikdir. İran və Azərbaycan Respublikasının siyasi və yüksək vəzifəli rəsmilərinin iradəsi bu əlaqələrin daha da möhkəmləndirilməsi və genişləndirilməsinə yönəlibdir.

Tehran-Bakı iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi vacibliyini vurğulayan Musəvi söyləyib: Bu əlaqələrin genişləndirilməsi üçün gələcəkdə iki ölkənin milli maraqları dairəsində yerləşə bilən yaxşı imkanlar mövcuddur.

Seyid Abbas Musəvi bundan öncə İran Xarici İşlər Nazirliyinin sözçüsü idi.

Musəvi İranın Azərbaycan Respublikasındakı yeni səfiri kimi bu vəzifədə Cavad Cahangirzadəni əvəz edibdir.