Avq 26, 2020 20:07 Asia/Baku
  • İran iki konkret məkana əlçatanlıq icazəsi verib

İran və MAQATE/ agentliyin baş direktoru Rafael Qrossinin Tehrana ikigünlük səfəri və İran rəsmilərilə müzakirələrinin sonunda birgə bəyanat yayıblar.

SəhərAzəri xəbər verir, Bu bəyanata görə, ikitərəfli sıx məşvərətlərdən sonra İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik müahidənin icrası ilə bağlı agentlik tərəfindən müəyyən edilmiş mövzuların xoşməramlılıqla həlli barədə razılığa çatıblar.

Bəyanatda deyilir: İran könüllü şəkildə agentlik tərəfindən müəyyən edilmiş iki məkana əlçatanlıq verib və bu məsələlərin həlli üçün agentliyin faktaraşdırıcı fəaliyyətlərini asanlaşdıracaqdır.

Agentliyin əlçatanlıqları və faktaraşdırıcı fəaliyyətlərlə bağlı tarixlər razılaşdırılıbdır.

Bəyanatın digər bir hissəsində deyilir: Agentliyin faktaraşdırıcı fəaliyyətləri/ müahidə üzrə əhatəli müqavilə və əlavə protokollar, həmçinin agentliyin faktaraşdırıcılığının standart prosesinə uyğun şəkildə müahidə üzrə əhatəli müqaviləyə və əlavə protokollara malik olan bütün ölkələr üçün icra olunan tərzdə bərabər şəkildə və ayrı-seçkilik olmadan icra ediləcəkdir.

Bu bəyanata görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ixtiyarında olan informasiyaların təhlilinə uyğun olaraq, bu orqanın, müahidə üzrə əhatəli müqavilə və əlavə protokollar əsasında İran tərəfindən bəyan edilmiş məsələdən kənar məkanlara əlçatanlıq üzrə heç bir xahişi və İrandan heç bir sualı yoxdur.

İki tərəf bu bəyanatda vurğulayıb: Agentliyin istiqlaliyyəti, tərəfsizliyi və peşəkarlığı, faktaraşdırıcı fəaliyyətlərin icrasına lazım olan məsələ kimi qalmaqda davam edir.

İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bəyanatında həmçinin deyilir: MAQATE agentliyin əsasnaməsinə uyğun olaraq, bütün sirli informasiyaların qorunması ilə/ İranın təhlükəsizlik nigarançılıqları, agentliyin təsbit edilmiş prosedurları, standartları və rejiminin məxfililiyi, həmçinin müahidə üzrə əhatəli müqavilə və əlavə protokollardakı əlaqədar maddələri nəzərdə saxlayacaqdır.

Teqlər