"Bütün variantlar masa üzərindədir" ifadəsi ABŞ xalqına qarşı istifadə olunur
https://azeri.sahartv.ir/news/İran-i366673-bütün_variantlar_masa_üzərindədir_ifadəsi_abŞ_xalqına_qarşı_istifadə_olunur
İranın xarici işlər naziri ABŞ-da etirazçıların repressiya edilməsinə münasibət bildirərkən deyib: "Bütün variantlar masa üzərindədir" ifadəsi hazırda ABŞ xalqına qarşı istifadə olunur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 31, 2020 08:31 Asia/Baku

İranın xarici işlər naziri ABŞ-da etirazçıların repressiya edilməsinə münasibət bildirərkən deyib: "Bütün variantlar masa üzərindədir" ifadəsi hazırda ABŞ xalqına qarşı istifadə olunur.

Səhər Azəri bildirir ki, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin başçısı bu gün Portland şəhərindəki etiraz aksiyalarına reaksiyada, deyib: "Portland şəhərində keçirilən iğtişaşların yatırılması üçün bütün variantlar masa üzərindədir".

Məhəmməd Cavad Zərif bu sözlərə münasibət bildirib və öz Tvitter səhifəsində yazıb: "Qədimdən bəri "Bütün variantlar masa üzərindədir" ABŞ-ın xarici siyasətinin əsaslarından biri olubdur və hazırda Tramp rejimi bu təhdiddən amerikalılara qarşı istifadə edir".

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin başçısı bu sözləri elə bir halda irəli sürür ki, bu gün ABŞ KİV-ləri Portland şəhəri aksiyaları gedişatında bir nəfərin ölümündən xəbər veriblər.