Ümumdünya Taekvando günü;
İran Taekvondo Federasiyası ən yaxşı federasiya seçilib
Ümumdünya taekvondo günü ilə bir zamanda İranın taekvondo federasiyası dünyada ən yaxşı federasiya kimi təqdim olunub.
Səhər Azəri bildirir ki, Beynəlxalq Taekvondo Federasiyasının sədri Tsu bu gün səhər İranın Taekvondo Federasiyasının sədri Seyyed Mohəmməd Puladgər ilə videoformatda keçirilən görüşdə bu federasiyanın dünyanın ən yaxşı federasiyası kimi seçilməsini təbrik edib.
Beynəlxalq Taekvondo Federasiyasının sədri deyib: İranın Taekvondo Federasiyasının dünyanın ən yaxşı federasiyası kimi seçilməsi bu federasiyanın taekvondonun yayılması, dünya səviyyəli edilməsi, olimpiya və dünya çempionatlarında bir çox medalların qazanılması və öz vəzifələrinin yerinə yetirilməsi sahəsindəki dəyərli xidmətlərinə görədir.
O, sonra söyləyib: Ümumdünya taekvondo günü ilə bir zamanda Cənubi Koreyanın idman və mədəniyyət nazirinin təbrikini elan etməklə də qürur duyuram.