Sen 23, 2020 14:32 Asia/Baku
  • Sepah-ın dəniz qüvvələrinə 188 yeni PUA təhvil verilib

Sepah-ın dəniz qüvvələri komandirlərinin iştirakı ilə İranın Bəndər-Abbas şəhərində 188 yeni yerli PUA-nın bu qüvvələrə əlavə edilməsi mərasimi keçirilib.

Səhər Azəri xəbər verir ki, Sepah-ın dəniz qüvvələrinə yerli istehsal olan 188 ədəd yeni PUA təhvil verilib

Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Dəniz Qoşunlarının komandanı kontr-admiral pasdar Əlireza Təngsiri bu gün səhər keçirilən bu mərasimdə sabit və hərəkətdə olan hədəflərin məhv edilməsi istiqamətində döyüş sahəsində film və şəkil çəkməyi bu PUA-ların qabiliyyətlərindən adlandırb və belə deyib: Bu pilotsuzların əlavə edilməsilə, Sepah-ın dəniz qüvvələrinin bütün tapşırıqları yerli iranlı pilotsuzların çətiri altında qərar tapacaq və bütün dəniz hərəkətləri də bu PUA-lar vasitəsilə izlənəcəkdir.

Kontr-admiral Təngsiri bildirib ki, əlavə edilmiş pilotsuzlar tamamilə yerli olaraq, İran Aviasiya Sənayesi Təşkilatının mütəxəssiləri tərəfindən düzəldilibdir. O, söyləyib: Bu pilotsuzların üçü, ilk dəfə təqdim olunub. Onlar nəzərdə tutulan hədəflər üçün gəmi üzərindən tapşırıq yerinə yetirmək qabiliyyətinə malikdirlər.

İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qoşunlarının komandanı həmçinin bildirib ki, yerli PUA-lar 200 kilometrdən çox uçuş radisu ilə, dörd raket daşımaq və bütün iqlim şəraitində tapşırıq yerinə yetirmək bacarığına malikdirlər. O, deyib: Raketdaşıma və döyüş imkanlarına malik olan iki ədəd suya oturan vertolyot və dörd adi vertolyot da bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun donanmasına əlavə olubdur.

Teqlər