İranda 374 mindən çox xəstə koronavirusdan sağalıb
İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat katibi, İranda 374 mindən çox xəstənin koronavirusdan sağaldığını bildirib.
SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat Lari koronavirusla bağlı son statistikanı açıqlayarkən, deyib: "İranda qəti diaqnostika meyarlarına əsasən, son 24 saat ərzində 3 min 362 nəfərdə COVİD-19 infeksiyası aşkarlanıb.
Larinin sözlərinə görə, İranda COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı 446 min 448 nəfərə çatıb. Son sutkada 195 nəfər bu virusdan dünyasını dəyişib, beləliklə də koronavirus qurbanlarının ümumi sayı 25 min 589 nəfərə yüksəlib.
İranın Səhiyyə Nazirliyinin mətbuat katibi indiyədək 374 min 170 koronavirus xəstəsinin müalicə olunaraq, xəstəxanalardan evə buraxıldığını bildirib.