Sen 30, 2020 20:14 Asia/Baku
  • Ruhani Qarabağ münaqişəsinin beynəlxalq qaydalar çərçivəsində həllini vurğulayıb

İran prezidenti bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın onunla telefon söhbətində bölgədə sülh, sabitlik və təhlükəsizliyin önəmini vurğulayıb.

SəhərAzəri xəbər verir, Həsən Ruhani bildirib: Sabitlik və təhlükəsizlik inkişaf zəmini ola bilər və bizim bölgəmizin yeni müharibəyə və səbatsızlığa dözümü yoxdur.

Ruhani Ermənistan və Azərbaycan Respublikasının Qarabağ məsələsi üstündə olan qədim ixtilaflarına işarə ilə bildiribdir ki, bu sahədəki ixtilaflar üçün ərazi bütövlüyü və beynəlxalq qaydalar çərçivəsində həll yolu tapılmalıdır.

O, deyib: Bu döyüşlərin dayandırılması bizim üçün vacibdir. Ermənistan və Azərbaycan Respublikasının aqilanə şəkildə, təmkinliliklə bu istiqamətdə hərəkət etmələrini gözləyirik.

İran İslam Respublikasının prezidenti vurğualyıb ki, müharibə mütləq şəkildə ixtilaflar, çəkişmələr və problemlərin aradan qaldırılması üçün həll yolu deyildir. O, deyib: Bu macəraya hər cür xarici müdaxilə nəinki problemin həllinə kömək etməyəcək, əksinə döyüş və çəkişmələri daha da uzadaraq, vəziyyəti daha da mürəkkəbləşdirəcəkdir.

İranın ortaq mədəniyyət və tarix əsasında Azərbaycan Respublikası və Ermənistanla münasibətlərinin önəmi və keçmişinə toxunan Həsən Ruhani İran İslam Respublikasının iki dost və qonşu ölkənin nəzərdə tutduğu hər hansı konstruktiv rolun oynanılmasına hazır olduğunu bildirib və belə söyləyib: Biz döyüşlərin dərhal dayandırılmasını arzu edirik və hamımız bölgə problemlərinin beynəlxalq qaydalar və siyasi yol ilə həll edilməsinin ardınca olmalıyıq.

Teqlər