İran öz sərhəd bölgələrində terrorçuların iştirakına icazə verməyəcək
İran İslam Respublikasının prezidenti vurğulayıb ki, İran öz sərhəd bölgələrində terrorçuların iştirakına icazə verməyəcək.
SəhərAzəri xəbər verir, O deyib ki, bu məsələ qəbuledilməzdir və açıq şəkildə qonşu ölkələrin məsul şəxslərinə elan olunubdur.
Həsən Ruhani bu gün İranın nazirlər kabinetinin iclasında Ermənistan və Azərbaycan Respublikasının hökumət başçıları ilə danışıqlarına işarə ilə deyib: Bu danışıqlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü vurğulanıb. Amma İran bu qənaətdədir ki, heç bir məsələ döyüş və müharibə yolu ilə həll edilmir və digər yollar axtarılmalıdır. Tehran bu sahədə hazırlığa malikdir.
Ruhani vurğulayıb ki, Tehran, bəzilərinin müxtəlif bəhanələrlə, İran İslam Respublikasının uzun illər Suriyada vuruşduğu terrorçuları İranın sərhəd nöqtələrinə gətirmələrinə icazə verməyəcək.
Ermənistan ilə Azərbaycan Respublikası arasındakı savaşın regional bir müharibəyə çevrilməsi haqda xəbərdarlıq edən İran İslam Respublikasının prezidenti vurğulayıb: Bu döyüşlərin şiddətlənməsini istəyən kəslər bilsinlər ki, onun davam etməsi heç bir ölkənin xeyrinə deyil və bu müharibə siyasi yolla başa çatmalıdır.
İşğal və savaşın İran üçün qəbuledilməz olduğunu vurğulayan Ruhani ümidvarlıq edibdir ki, göstərilən səylərlə sabitlik bu bölgəyə geri dönəcək.