Okt 11, 2020 19:47 Asia/Baku
  • İran və Rusiyanın Qarabağ münaqişəsinin həllində özəl rolu

Rusiya siyasi-hərbi proqnozlar mərkəzinin direktoru vurğulayıb ki, İran və Rusiya Qarabağ münaqişəsi probleminin aradan qaldırılması üçün xüsusi rola malikdirlər.

SəhərAzəri xəbər verir, Anatoli Tsıqanyuk bu gün IRNA ilə müsahibədə deyib: Azərbaycan Respublikası ilə Ermənistan arasındakı Qarabağ münaqişənin şiddətlənməsi, Cənubi Qafqaz bölgəsində səbatsızlıq və xarici muzdluların bu münaqişədə iştirakı ehtimalı İran və Rusiyanın təhlükəsilzik əməkdaşlıqlarının önəmini artırır.

Tsıqanyuk qeyd edib ki, İran və Rusiyanın əməkdaşlıqları və üç xəzəryanı ölkənin dəstəyi indiyədək əcnəbilərin bu bölgəyə soxulmalarına fürsət yaratmayıbdır. O, sonra deyib: Tehran və Moskva döyüşlərə son qoymaq istiqamətində Qarabağ münaqişəsi tərəflərini qane etmək üçün səy göstərməlidirlər.

Teqlər