Xətibzadə: "İrana qarşı silah embarqosu oktyabrın 18-də sona çatacaq"
https://azeri.sahartv.ir/news/İran-i368285-xətibzadə_İrana_qarşı_silah_embarqosu_oktyabrın_18_də_sona_çatacaq
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi oktyabrın 18-i səhər saatlarından etibarən İran silahlarının ixracı və idxalı üçün lisenziyalaşdırma sisteminin sona çatacağını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2020 13:06 Asia/Baku
  • Xətibzadə:

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi oktyabrın 18-i səhər saatlarından etibarən İran silahlarının ixracı və idxalı üçün lisenziyalaşdırma sisteminin sona çatacağını bildirib.

SəhərAzəri xəbər verir, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında 18 oktyabrın ABŞ-ın məğlubiyyəti günü olduğunu bəyan edərək, deyib: "18 oktyabrda həm İran silahlarının ixracı və idxalı üçün lisenziyalaşdırma sisteminin ləğv olunacaq, həmdə 23 hüquqi şəxsin səyahətinə qoyulan qadağa aradan qaldırılacaq".

Xatibzadə qeyd edib ki, ABŞ bütün təxribatlar, hilələr və qərəzli hərəkətlərə baxmayaraq, heç bir şey edə bilmədi və İran bir daha ABŞ-ın iddia etdiyi qədər güclü olmadığını sübut etdi".