İranda gün ərzində koronavirusdan həyatını itirənlərin sayı 337 nəfərə çatıb
https://azeri.sahartv.ir/news/İran-i368602-İranda_gün_ərzində_koronavirusdan_həyatını_itirənlərin_sayı_337_nəfərə_çatıb
İran səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə dörd min nəfərdən çox yeni koronavirus xəstəsinin aşkar edilməsi və 337 nəfərin həyatını itirməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 19, 2020 15:54 Asia/Baku
  • İranda gün ərzində koronavirusdan həyatını itirənlərin sayı 337 nəfərə çatıb

İran səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə dörd min nəfərdən çox yeni koronavirus xəstəsinin aşkar edilməsi və 337 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda dörd min 251 yeni COVID-19 xəstəsi aşkar edilib. Onlardan 1948 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının 534 min 631 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 337 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 30 min 712 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 431 min 360 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.