İranda yeni antirekord
Bir gün ərzində 5 min nəfərdən çox koronavirus xəstəsi...
Ötən 24 saat ərzində ölkədə 5 min nəfərdən çox yeni koronavirus xəstəsi aşkar olub.
SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda beş min 39 yeni COVID-19 xəstəsi aşkar edilib. Onlardan 2 254 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.
İranda koronavirusa yoluxanların ümumi sayının 539 min 670 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 322 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 31 min 34 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 434 min 676 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.