Okt 28, 2020 11:25 Asia/Baku
  • İran İslam Şurası Məclisinin sədri koronavirusa yoluxub

İran İslam Şurası Məclisinin sədri koronavirusa yoluxduğunu xəbər verib.

SəhərAzəri xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibar öz şəxsi Tvitter səhifəsində məlumat verib.

"Ofisdəki əməkdaşlarımdan biri koronavirusa yoluxub, COVİD-19 üçün götürülən analizimin nəticəsi gecə yarısı elan edilib və pozitiv çıxıb, hazırda özümü təcrid etmişəm və Allahın ümidi ilə vəzifələrimi yerinə yetirəcəm", - deyə M.B.Qalibaf qeyd edib. 

İranın Səhiyyə Nazirliyindən verilən məlumata görə, indiyədək bu ölkədə ümumilikdə 582 min nəfər koronavirusa yoluxub, onlardan 463 min 600 nəfərdən çoxu müalicə olunaraq, sağalıb və xəstəxanadan evə buraxılıb.

Teqlər