Sepah-ın raket atan qurğusunun təqdimatı olub
https://azeri.sahartv.ir/news/İran-i369206-sepah_ın_raket_atan_qurğusunun_təqdimatı_olub
Sepah-ın hava-kosmos qüvvələrinin uzaqmənzilli ballistik raketlər üzrə elektron və avtomat sisteminin təqdimatı olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 04, 2020 14:58 Asia/Baku
  • Sepah-ın raket atan qurğusunun təqdimatı olub

Sepah-ın hava-kosmos qüvvələrinin uzaqmənzilli ballistik raketlər üzrə elektron və avtomat sisteminin təqdimatı olub.

SəhərAzəri xəbər verir, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı general-mayor pasdar Hoseyn Səlami bu təqdimat mərasimində deyib: Bu yeni nailiyyət istənilən zaman fasilələrində raketin eyni vaxtda və ya ardıcıl surətdə atış qabiliyyəti, həmçinin əməliyyat və taktiki baxımdan böyük dəyərə malikdir.

General Səlami İranın əminlik yaradan raket gücünü İran İslam Respublikası quruluşunun çəkindiricilik qüdrəti və həyatının davam etməsinə zəmanət adlandırıb.

Sepah-ın baş komandanı düşmənlərin İrana qarşı fitnələrinə işarə ilə təhdidlər qarşısında ardıcıl və hərtərəfli hazırlığın vacibliyini vurğulayıb.