Ruhani: "ABŞ-ın növbəti hökuməti İran xalqı qarşısında təslim olacaq"
https://azeri.sahartv.ir/news/İran-i369231-ruhani_abŞ_ın_növbəti_hökuməti_İran_xalqı_qarşısında_təslim_olacaq
İran İslam Respublikası prezidenti ABŞ prezident seçkilərinin nəticəsinin İran üçün heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayaraq, deyib: "Şübhəsiz ABŞ-ın növbəti hökuməti İran xalqı qarşısında təslim olacaq".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 05, 2020 18:33 Asia/Baku
  • Ruhani:

İran İslam Respublikası prezidenti ABŞ prezident seçkilərinin nəticəsinin İran üçün heç bir əhəmiyyət kəsb etmədiyini vurğulayaraq, deyib: "Şübhəsiz ABŞ-ın növbəti hökuməti İran xalqı qarşısında təslim olacaq".

SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün Fars Körfəzinin suyunu İranın mərkəzi səhrasına köçürmək üzrə milli layihənin birinci fazasının istifadəyə verilməsi mərasimində ABŞ prezident seçkilərinə toxunub. 

"Amerikalıların qanun, qaydalar və ictimai rəyin təzyiqləri, habelə İranın böyük xalqının səbri və müqaviməti qarşısında təslim olmaqdan başqa bir çarələri yoxdur", - deyə o, əlavə edib.

ABŞ-da hökumətin hansı şəxs və ya partiyanın əlində olmasının önəmli olmadığını bəyan edən Ruhani qeyd edib ki, son 8 ayda İran xalqı həm koronavirus, həmdə sanksiyalar və çətinliklərlə qarşılaşmalı oldu və bütün bu təzyiqlər qarşısında tab gətirə bildi".

İran İslam Respublikasının Prezidenti ölkədə milli layihələrin açılışını İran xalqının uğur qazanmasının göstəricisi kimi dəyərləndirib və deyib: "İran milləti inkişafdan dayanmayacaq və təzyiq qarşısında diz çökməyəcək və əyilməyəcək."

Suyun duzsuzlaşdırması layihəsinin birinci mərhələsi və Fars Körfəzi suyunu İranın mərkəzi səhrasına ötürəcək boru xəttinin birinci blokunun bu gün açılışı olub.

Bu layihənin istifadəyə verilməsi ilə ilk mərhələdə Hörmüzgan və Kirman vilayətlərində içməli və sənaye məqsədli istifadə üçün gündəlik 200.000 kubmetr su duzsuzlaşdırılacaq.