Noy 12, 2020 21:33 Asia/Baku
  • Qəribabadi:

İranın Vyanadakı beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktorunun nüvə anlaşmasının icrasına dair faktların yoxlanılması barədə yeni hesabatına toxunaraq, deyib: "Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Tehranla müxtılif sahələr üzrə əməkdaşlığa işarə edib".

SəhərAzəri İRNA-ya istinadən xəbər verir ki, İranın Vyanadakı beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi Kazim Qəribabadi əlavə edib: "Bu hesabata əsasən, AEBA İranın öhdəlikləri ilə bağlı faktaraşdırıcı və nəzarət missiyasına davam etdirib".

Qəribabadinin sözlərinə görə, hesabatda deyilir ki, İran ağır suyun istehsalı və ehtiyata alınmasını davam etdirməklə yanaşı 2,2 tondan bir qədər çox ağır su da ixrac edib, həmçinin öz tədqiqat və inkişaf fəaliyyətləri üçün 1,3 ton ağır su istehlak edibdir.

İranın Vyanadakı beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi qeyd edib ki, AEBA-nın hesabatına görə, Fordo və Nətənzdə uranın zənginləşdirilməsi fəaliyyətləri, o cümlədən yeni maşınlar vasitəsilə 4,5 faizədək və nüvə anlaşmasında nəzərdə tutulmuş 3,67 faizdən çox zənginləşdirmə fəaliyyətləri davam edir.

Qəribabadi xatırladıb: "Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktorunun yeni hesabatı İranın tədqiqat və inkişaf sentrifuqalarını Nətənzdə yerin altına köçürmək barədə son qərarına toxunub və bu mövzuda İranın nüvə materialının qorunması tələblərini nəzərə alması vacibliyini vurğulayıb.

İranın Vyanadakı beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi MAQATE-nin hesabatında, 2 noyabr tarixinə qədər İranın uran ehtiyatlarının 2 442,9 kiloqram olduğunu, bunun da 3 600 kiloqram az zənginləşdirilmiş urana bərabər olduğunu bildirib.

Teqlər