SEPAH-ın baş komandanı General Soleimaninin qanının intiqamını alacağına söz verdi
İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami şəhid Hacı Qasım Süleymaninin qatillərindən intiqam almaqla bağlı qətiyyətlərini bir daha təkrar edib.
SəhərAzəri xəbər verir, noyabrın 15-i Tehranda İraqın müdafiə naziri Cuma Ənad Saadunu qəbul etdiyi görüşdə danışan general-mayor Hüseyin Səlami, bu intiqamın SEPAH-ın Qüds korpusunun sabiq komandiri şəhid general-leytenant Qasım Süleymani və şəhid Əbu Məhdi Əl-Mühəndisin terror edilməsi hadisənin hüquqi prosesi ilə heç bir əlaqəsi olmadığını bildirərək, İraq övladlarının da öz cəsur komandirləri Əbu Mehdi Əl-Mühəndisin intiqamını alacaqlarından əmin olduqlarını deyib: "Bu intiqamı meydanda alacağıq. Şübhəsiz ki, İslam dünyasında şəhid Hacı Qasım Süleymani və şəhid Əbu Mehdi Əl-Mühəndis İŞİD-in və bölgədəki sionist və Amerika planlarının puç olmasında və aradan getməsində ən qətiyyətli və həlledici rol oynadılar.
Şəhid Süleymani İŞİD-in məğlubiyyətinə İraqdan başladı və İraq Süleymaninin müqavimət komandiri olaraq yüksəlişinin başlanğıcı idi.
Əlbəttə onun əsas yüksəlişi şəhidliyi ilə müşayiət olundu.
Amerikalılar bu parıltını görə bilmədikləri üçün onu məhv etməyə çalışdılar.
İraq qəlbimizdədir, çünki İmamların (ə) ziyarətgahı burada yerləşir və İraq üçün arzumuz azad, müstəqil, birləşmiş, böyük, təhlükəsiz və güclü bir ölkə olmasıdır.
Ən böyük, güclü, cəsur və bacarıqlı komandirlərimizi İŞİD-in geri otuzdurulması çətin görünən şərtlərdə İraqa kömək üçün göndərməyimizin vacib səbəblərindən biri də bu istəyin İraqda reallaşmasıdır".
İraqın müdafiə naziri də öz növbəsində İranın İŞİD-in hücum etdiyi kritik anlarda İraqa həyati əhəmiyyətli yardımlar etdiyini bildirib.
Saadun iranlı qardaşlarının iraqlıları İŞİD terrorizminə qarşı mübarizədə dəstəklədiklərini və o zaman onlara lazım olan hər şeyi verdiklərini və bunu unutmayacaqlarını vurğulayıb.