İranın sədrliyi ilə keçirilən seminarda
Koronavirus şəraitində humanitar yardımların səmərəsizliyi tənqid edilib
BMT-nin xüsusi məruzəçisi Alena Han deyib: "Koronavirus pandemiyası, insan hüquqları, o cümlədən yaşamaq, səhiyyə və qida kimi əsas hüquqular üçün qlobal problem yaradıb.
SəhərAzəri İRİB-ə istinadən xəbər verir ki, İran İslam Respublikası, Venesuela və Kubanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin təşəbbüsü və BMT-yə üzv olan 19 ölkənin iştirakı ilə koronavirus pandemiyası dönəmində birtərəfli zorakı tədbirlər və onların fəsadları mövzusunda videokonfrans formatında seminar keçirilib.
BMT-nin xüsusi məruzəçisi Alena Han, son hadisələr və xüsusilə koronavirus pandemiyasının ikinci dalğası zamanı humanitar məsələlərə təzyiqin kəskin artmasına səbəb olan bəzi hökumətlər tərəfindən yürüdülən sanksiya siyasətinə toxunaraq, İnsan hüquqlarından faydalanmaqda birtərəfli zorakı tədbirlərin mənfi təsirləri haqda deyib: "Koronavirus pandemiyası, insan hüquqları, o cümlədən yaşamaq, səhiyyə və qida kimi əsas hüquqlar üçün qlobal bir problem yaradıb".
BMT-nin xüsusi məruzəçisi dünyanın hər yerində bütün insanların bu problemlə üzləşə biləcəyini xatırladaraq, BMT və digər beynəlxalq təşkilatların dəfələrlə birtərəfli sanksiyaların dağıdıcı təsirləri və koronavirus dönəmində həmrəyliyin və insan hüquqlarına tam hörmətin zəruriliyini vurğuladıqlarını bildirib.
"Bu vəzifəyə gəldiyim ilk gündən dəfələrlə bütün birtərəfli sanksiyaların aradan qaldırılması və ya azaldılması üçün çalışdım, o cümlədən ticarət maneələrinin, xüsusilə də dərman, tibbi təchizat və digər zəruri əşyaların alınması üçün bank əməliyyatlarına tətbiq olunan maneələri aradan qaldırmağa çalışdım, Lakin çox təəssüf ki, bunun üçün yetərincə beynəlxalq həmrəylik və əməkdaşlıq olmadı və heç bir nəticə əldə edilmədi və bir çox ölkələr hədəf ölkələrə qarşı birtərəfli sanksiyaları güclənfdirmək üçün yeni vasitələr və yollara əl atırlar", - deyə o, əlavə edib.
Han koronavirus dönəmində ABŞ-ın sanksiya tətbiq edərək, İran İslam Respublikası, Suriya, Kuba və Venesuela kimi ölkələrə yaratdığı problemlərə toxunub və deyib: "Birtərəfli sanksiyalar koronavirus epidemiyasını daha ağır və daha fəlakətli edib və bu insan hüquqlarının kobud şəkildə pozulması deməkdir".
BMT-nin xüsusi məruzəçisi sözlərinin davamında vurğulayıb: "Elə bir tədbirlər görülməlidir ki, qida, dərman preparatları və tibbi təchizatlar, elmi biliklər və enerji kimi zəruri materiallar sanksiyalar siyahısına daxil edilməsin və xüsusilə böhranlar zamanı humanitar yardımın köçürülməsi üçün maliyyə kanalı mexanizmlərinə tətbiq olunan sanksiyalar dayandırılsın və ya tam aradan qaldırılsın".
Alena Han sonda böhran dövründə humanitar yardım mexanizminin dəyişdirilməsi və humanitar yardımlar üçün şəffaf bir mexanizmin təmin edilməsi zəruriliyinə diqqət çəkib və əlavə edib: "Epidemiyalar, təbii fəlakətlər və s. Kimi kritik vəziyyətlərin daha dəqiq bir tərifi olmalı və razılaşdırılmalıdır ki, humanitar yardıma ehtiyac olduqda problemsiz, şəffaf kanallar vasitəsi ilə göndərilə bilsin".