Dek 12, 2020 14:12 Asia/Baku
  • Qəribabadi:

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi ABŞ Dövlət Departamentinin İran məsələləri üzrə xüsusi nümayəndəsinin dediklərinə reaksiya olaraq, deyib: "Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) müstəqil, tərəfsiz və peşəkar qalmalıdır"

SəhərAzəri xəbər verir, ABŞ hökumətinin İran məsələləri üzrə xüsusi nümayəndəsi deyib: "Avropalılarla koordinasiyada İranla başlı AEBA-ya təzyiqləri davam etdirməliyik". 

Kazim Qəribabadı dünən gecə bir tvitdə, ABŞ hökumətinin İran məsələləri üzrə xüsusi nümayəndəsinin bu sözlərinə reaksiyada bu təşkilatın müstəqilliyi və tərəfsizliyinin vacibliyini vurğulayıb. 

"AEBA-nın sabiq baş katibi Yukia Amano 2019-cu il yanvarın 30-da yani milad ili münasibətilə etdiyi çıxışında deyib: "Nüvə fəaliyyətləri ilə bağlı fakt araşdırıcı missiyalarda AEBA-ya təzyiq göstərmək və qismən idarət etmə istiqamətindəki cəhdlər əks nəticə verib və son dərəcə təhlükəlidirlər", - deyə Qəribabadi qeyd edib.

O, əlavə edib: "İndi aydın oldu ki, Amano hansı ölkəni nəzərdə tuturmuş".

Teqlər