"ABŞ başqalarını Fələstin məqsədlərini qurban verməyə məcbur edir"
https://azeri.sahartv.ir/news/İran-i370693-abŞ_başqalarını_fələstin_məqsədlərini_qurban_verməyə_məcbur_edir
İran İslam Respublikası Xarici İşlər Nazirliyi bildirib: ABŞ rejimi başqalarını Fələstin məqsədlərini qurban verməyə və quldurlarla əl sıxmağa məcbur etməyə çalışır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2020 14:32 Asia/Baku

İran İslam Respublikası Xarici İşlər Nazirliyi bildirib: ABŞ rejimi başqalarını Fələstin məqsədlərini qurban verməyə və quldurlarla əl sıxmağa məcbur etməyə çalışır.

SəhərAzəri xəbər verir, İran İslam Respublikası Xarici İşlər Nazirliyi, cümə gecə saatlarindaTvitter səhifəsində bölgədəki bəzi dəyişikliklərə toxunaraq yazıb: "ABŞ rejimi istər uydurma siyahılardan çıxararaq, istər F-35-i satmaqla, istərsə də işğal olunmuş əraziləri tanımaqla, başqalarını Fələstin iddiasını qurban verməyə və quldurlarla əl sıxmağa məcbur etməyə çalışır. Bu zorbalıq və rüşvətdir, sülh və diplomatiya deyil və bu davam etməyəcək".