Almaniyanın Tehrandakı səfiri İranın XİN-ə çağırılıb
https://azeri.sahartv.ir/news/İran-i370730-almaniyanın_tehrandakı_səfiri_İranın_xİn_ə_çağırılıb
Almaniyanın Tehrandakı səfiri Avropa Birliyinin dünənki bəyanatına etiraz olaraq, İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 13, 2020 18:46 Asia/Baku
  • Almaniyanın Tehrandakı səfiri İranın XİN-ə çağırılıb

Almaniyanın Tehrandakı səfiri Avropa Birliyinin dünənki bəyanatına etiraz olaraq, İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, Almaniyanın Tehrandakı səfiri Avropa Birliyinin Ruhullah Zəmin edam hökmünün icra edilməsi ilə bağlı müdaxilə mahiyyətli bəyanatı fonunda İranın Xarici İşlər Nazirliyinə çağırılıb və İran İslam Respublikasının etirazı Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə baş direktoru və nazir müavini tərəfindən səfirə bəyan edilib.

Fransanın Tehrandakı səfirliyinin rəhbərinin də bu gün İranın Xarici İşlər Nazirliyinə çağırılması qərara alınıb.

Qeyd edək ki, Ruhullah Zəm İran İslam Respublikası quruluşuna qarşı psixoloji müharibə və düşmənin mətbuat orqanlarının liderlərindən biridir və casusluq, yüksək hərbi komandanların, xüsusən də şəhid general-leytenant Qasim Süleymaninin fəaliyyətlərini açıqlamaq, İrana qarşı sanksiyaların sərtləşdirilməsində ABŞ ilə əməkdaşlıq və zorakı qiyamların metodlarını təlim keçməkdə ittiham olunaraq, şənbə günü (12 dekabr) dar ağacından asılıb.